"Barselona"nın futbolçusu Lamin Yamal yeni bir nailiyyətə imza atıb.

Offsideplus.az xəbər verir ki, ispaniyalı futbolçunun "Real"ın qapısına vurduğu üçüncü qol əlamətdar hadisəyə səbəb olub. 

O, "El Klasiko" tarixində ən gənc qol vuran oyunçu adını qazanıb. Lamin bu uğura 17 yaş 106 günündə imza atıb.