"Real Madrid"in futbolçusu David Alaba karyerasını bitirə bilər.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, zədədən sonra məşqlərə qayıdan oyunçu xeyli əziyyət çəkir. Oynağındakı ağrılar avstriyalı müdafiəçinin karyerası barədə yekun qərar verməsinə səbəb olacaq.

Qeyd edək ki, David Alaba 2021-ci ildən "Real"ın şərəfini qoruyur