Madrid "Real"ının futbolçusu Endrikin maaşı açıqlanıb. 

Offsideplus.az Goal.com-a istinadən xəbər verir ki, braziliyalı hücumçu hər həftə 87 185 ABŞ dolları əməkhaqqı alır.

Onun illik maaşı 4,5 milyon dollara bərabərdir. Bu, "kral klubu"nun əsas komandasında ən aşağı məvacib sayılır.

Qeyd edək ki, Braziliya yığmasının da şərəfini qoruyan Endrik "Real"a ötən il "Palmeyras"dan transfer olunub. 18 yaşlı futbolçu yeni klubunda 16 oyuna 1 qol vurub.