Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov da "Qarabağ" - "Marsel" matçını stadiondan izləyəcək.
Offsideplus.az saytının Tofiq Bəhramov adına Respublika Stadionuna ezam olunmuş müxbiri xəbər verir ki, nazir hazırda arenadadır.
Qeyd edək ki, Fərid Qayıbov Ağdam təmsilçisinin Fransadakı matçını da stadiondan izləmişdi.
Xatırladaq ki, qarşılaşma 21:45-də başlayacaq. İlk oyunda "Marsel" 3:1 hesablı qələbə qazanıb.