İspaniyanın "Real Betis" klubunun futbolçusu Antoni parlaq çıxışını davam etdirir.
Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted"dəki uğursuzluğa görə kəskin tənqid edilən braziliyalı hücumçu ittihamlara öz məhsuldarlığı ilə cavab verir.
O, dünən gecə növbəti dəfə "Real Betis"in xilaskarı olub. UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin cavab görüşündə Portuqaliyada "Vitoriya" ilə görüşdə Antoni 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Rəqibini darmadağınn edən (4:0) ispanlar 1/4 finala yüksəliblər. İlk matç 2:2 hesabı ilə bitmişdi.
Bununla da, Antoni bu ilin yanvarından bəri çıxış etdiyi "Real Betis"də 10-cu oyunda 4-cü dəfə fərqlənib. O, bu sayda qolu "Mançester Yunayted"də 51 matçda vura bilmişdi.