UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Aşdod" 0:1 hesabı ilə "Qarabağ"a uduzaraq avrokuboklarda mübarizəni dayandırıb.

Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında İsrail təmsilçisinin baş məşqçisi Ran Ben Şimon fikirlərini bölüşüb.

"Kifayət qədər güclü komandaya uduzduq. Bir neçə qol şansı yaxalasaq da, son zərbələrdə dəqiqlik çatmırdı. Əlimizdən gələni etsək də, heç nə alınmadı və məğlub olduq. Hər iki oyunda yaxşı oynadıq. Kimlərsə özünə haqq qazandırmaq üçün futbolçuların Avropa təcrübəsinin olmadığını söyləyə bilər. Amma mən özümü o yerə qoymaq istəmirəm. "Qarabağ"la səfərdəki əla nəticədən sonra heç kim mənə heyətlə bağlı sual vermədi. Bizim əla oyunçularımız var. Oturub hansı mövqelərin gücləndirilməli olduğunu danışacağıq. Bunun üçün 1 aya yaxın vaxtımız var".