"Mançester Yunayted"in qol vurmağı bilən birinə ehtiyacı var".

Offsideplus.az xəbər verir ki, bu sözləri Rio Ferdinand deyib və "qırmızı şeytanlar"ın "Qalatasaray"ın futbolçusu Viktor Osimhenə ehtiyacının olduğunu qeyd edib. 

"Osimhen Premyer Liqada oynamayıb, amma bu, mənim üçün vacib deyil. Getdiyi hər yerdə qollar vurur. Oshimhenə ehtiyacımız var". 

Qeyd edək ki, Osimhen cari mövsüm "Cim-Bom"da icarə əsasında çıxış edir.