Misli Premyer Liqasında mövsümə bu gün yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, günün yeganə qarşılaşmasında "İmişli" Qubada "Karvan-Yevlax"ı qəbul edəcək.

Yevlax təmsilçisinin növbəti I Liqada olacağı dəqiqləşib.

Uğurlu mövsüm keçirən "İmişli" isə 33 xalla 9-cu yerdədir.

MPL, XXXIII tur

24 may (bazar)

16:00 “İmişli” – “Karvan-Yevlax”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Tərlan Talıbzadə, Kamran Əliyev

VAR: Rəşad Əhmədov

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Anar Şixəliyev

Quba OİK stadionu