İtaliya A Seriyasında (Serie A) 2025/26 mövsümünə rəsmen yekun vuruldu və turnir cədvəli tam dəqiqləşdi.
Offsideplus.az xəbər verir ki, son turları gərgin keçən çempionat həm zirvədə, həm də Avrokuboklar uğrunda mübarizədə böyük sürprizlərlə yadda qaldı.
Yekun nəticələrə əsasən, "İnter" klubu növbəti dəfə İtaliya çempionu adını qazanaraq qızıl medallara sahib çıxıb. Mövsümün ən böyük sürprizinə imza atan "Komo" isə nəhəngləri geridə qoyaraq ilk dördlükdə yer alıb və tarixi uğur əldə edib.
A Seriyasının yekun turnir mənzərəsi aşağıdakı kimidir:
-
UEFA Çempionlar Liqası (Liqa mərhələsi): "İnter", "Napoli", "Roma", "Komo"
-
UEFA Avropa Liqası (Liqa mərhələsi): "Milan", "Yuventus"
-
UEFA Konfrans Liqası (Pley-off mərhələsi): "Atalanta"
-
A Seriyasına əlvida deyənlər (Serie B-yə düşənlər): "Kremoneze", "Verona", "Piza"
-
Elitaya yeni yüksələnlər (A Seriyasına gələnlər): "Venesia", "Frozinone"
-
Liqaya son vəsiqə uğrunda (Pley-off): "Monza" klubu A Seriyasına yüksəlməyə çox yaxındır. Pley-off finalının ilk görüşündə səfərdə "Katanzaro"ya 2:0 hesabı ilə qalib gələn komanda cavab matçı öncəsi böyük üstünlük qazanıb.


