"Mançester Yunayted" klubunun kapitanı Bruno Fernandes İngiltərə Premyer Liqasının tarixinə keçib.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı ulduz yarımmüdafiəçi çempionatın son turunda "Brayton" ilə keçirilən səfər matçında etdiyi məhsuldar ötürmə ilə mövsüm boyu assist sayını 21-ə çatdırıb.

Bununla da Fernandes bir Premyer Liqa mövsümündə ən çox assist edən futbolçu ünvanını təkbaşına ələ keçirib. O, əfsanəvi Tyeri Anri (2002/03) və Kevin De Brüyneyə (2019/20) məxsus olan 20 assistlik rekordu geridə qoymağı bacarıb.

Premyer Liqa tarixində bir mövsümdə ən çox assist edən futbolçuların siyahısı:

  • Bruno Fernandes (2025/26) – 21 assist

  • Tyeri Anri (2002/03) – 20 assist

  • Kevin De Brüyne (2019/20) – 20 assist

  • Mesut Özil (2015/16) – 19 assist

Bu tarixi nailiyyətlə yanaşı, möhtəşəm bir mövsüm keçirən 31 yaşlı futbolçu Premyer Liqada rəsmən "Mövsümün ən yaxşı oyunçusu" seçilib. "Mançester Yunayted" klubunun yenidən Çempionlar Liqasına vəsiqə qazanmasında və turnir cədvəlini 3-cü pillədə başa vurmasında Fernandesin nümayiş etdirdiyi bu performans həlledici rol oynayıb.