“Qarabağ” yeni mövsüm üçün növbəti transferini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi 26 yaşlı qambiyalı hücumçu Zakaria Savo heyətinə qatıb.

Futbolçu ilə 3 mövsümlük müqavilə imzalanıb.

Xatırladaq ki, bundan öncə "Qarabağ" mayın 18-də fransalı vinger Jali Muaddibi transfer etdiyini açıqlayıb.

Savo karyerası ərzində “BK Olimpik”, “Oskarshamns”(hər ikisi İsveç), “Start”(Norveç) klublarında oynayıb.