"Real Madrid"in hədəfində olan oyunçu azarkeşlərlə vidalaşdı.
Offsideplus.az xəbər verir ki, Londonun "Çelsi" klubunun argentinalı yarımmüdafiəçisi Enso Fernandes karyerasında yeni səhifə açmağa hazırlaşır.
Premyer Liqanın son turunda baş tutan "Sanderlend"lə qarşılaşma 25 yaşlı futbolçunun "Çelsi" forması ilə son matçı ola bilər.
İspaniya nəhəngi "Real Madrid" dünya çempionunu rənglərinə bağlamaq üçün ciddi transfer əməliyyatına başlayıb. Madrid təmsilçisinin rəhbərliyi yaradıcı yarımmüdafiə xəttini gücləndirmək məqsədilə bu yay Fernandes üçün rəsmi təklif göndərməyi planlaşdırır.
Lakin bu transfer yarışında "Kral klubu" tək deyil. Baş məşqçi Pep Qvardiolanın gedişindən sonra komandanın sükanı arxasına keçməyə hazırlaşan Enso Mareska keçmiş tələbəsi Fernandesin "Mançester Siti"yə gətirilməsini rəhbərlikdən şəxsən tələb edib. "Şəhərlilər"in artıq pərdəarxası danışıqlara başladığı bildirilir.
"Çelsi"nin rəhbərliyi maliyyə qaydalarına (PSR) riayət etmək və büdcə balansını qorumaq üçün təxminən 100 milyon funt-sterlinqlik bir təklif qarşılığında ulduz futbolçunun gedişinə yaşıl işıq yandıra bilər.



