II Liqa klubu “Qusar”ın futbolçusu Eşqin Tağıyev mükafatlandırılıb.
Offsideplus.az xəbər verir ki, o, ayın qolu layihəsinin qalibi olub. Bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
Fevralın ən yaxşı qolunun müəllifinə mükafatı XX turun "Qusar" - "Lerik" görüşündən əvvəl PFL-in Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.