UEFA daha bir azərbaycanlıya təyinat göndərib.
Offsideplus.az xəbər verir ki, bu dəfə Zaur Hacı-Məhərrəmov qitənin ən ali futbol qurumunun etimadını qazanıb.
O, UEFA Konfrans Liqasının 1/8 final mərhələsi çərçivəsində “Panatinaikos” (Yunanıstan) - “Fiorentina” (İtaliya) oyununda iştirak edəcək. Həmyerlimiz martın 6-da Afina Olimpiya Stadionunda keçiriləcək qarşılaşmada UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Zaur Hacı-Məhərrəmov Peşəkar Futbol Liqasının icraçı-direktorudur.
Onu da əlavə edək ki, martın 6-da digər azərbaycanlı Elçin Məmmədov İstanbulda Avropa Liqasının 1/8 final mərhələsində yerli "Fənərbağça"nın "Qlazqo Reyncer"lə (Şotlandiya) görüşündə UEFA matç direktoru olacaq.