Futbol üzrə II Liqada yarışan "Şəfa" növbəti böyükhesablı qələbəsini qazanıb. 

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi XX tur çərçivəsində "Sheki City"ni darmadağın edib - 6:0.

Amma "Şəfa" əsas rəqibi "Şahdağ Qusar"la 3 xal fərqini azalda bilməyib. Belə ki, Qusar klubu da bu gün qələbəyə sevinib.

Çempionluq uğrunda gərgin mübarizə davam edir. Hazırda "Şahdağ Qusar" 58 xalla birinci, "Şəfa" isə 55 xalla ikincidir. 

Turun qalan 4 oyunu sabah keçiriləcək.

II Liqa, XX tur

"Şəfa" - "Sheki City" 6:0

"Şahdağ Qusar" - "Hypers Guba" 2:1

"Qusar" - "Lerik" 3:2