"Mən "Barselona"ya Ter Şteqeni əvəz etmək üçün gəldim və o, qayıdıb öz yerini tutsa, bununla bağlı heç bir problemim olmayacaq".

Offsideplus.az xəbər verir ki, bu sözləri katalon klubunun qapıçısı Voytsex Şensnı deyib. O, iki nömrə olmağın problem olmayacağını da bildirib:

"Əgər baş məşqçi nə vaxtsa kapitanın qayıdıb qapını ələ keçirməsinə qərar verərsə, bu mənim üçün tamamilə normaldır".

Əlavə edək ki, Şensnı ötən ilin oktyabrında "Barselona"ya qoşulub. O, "blauqrana"nın heyətində 20 oyunda meydanda olub və bu oyunların onun da qapısını toxunulmaz saxlamağı bacarıb.