"Arsenal"ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində Madrid "Real"ını məğlub etmək üçün "topçular"ın nə etməli olduğu barədə suala cavab verib.
Offsideplus.az xəbər verir ki, İspan mütəxəssisin fikrincə "Arsenal" sadəcə rəqibindən daha yaxşı olmalıdır:
"Əvvəla, biz onların bizdən daha yaxşı olmadığına inanmalıyıq – ilk dəqiqədən son saniyəyə qədər. Çox yaxşı bilirik ki, Çempionlar Liqasında oyunların taleyi müəyyən anlarda həll olunur".
Xatırladaq ki, "Real" ilə "Arsenal" arasında 1/4 final mərhələsinin ilk oyunu bu gün keçiriləcək. Görüş Londonda "Emirates" stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.