Bu yay "Mançester Siti"dən ayrılacaq Kevin De Bruyne Amerikada Lionel Messinin komanda yoldaşı ola bilər.
Offsideplus.az xəbər verir ki, "İnter Mayami" belçikalı futbolçuya müqavilə təklif etməyi planlaşdırır. Bu barədə "Mirror" nəşri məlumat yayıb.
Bu keçid Mayami təmsilçisinə asan başa gəlməyəcək. Səudiyyə Ərəbistan klubları da təcrübəli yarımmüdafiəçi ilə yaxından maraqlanır.
De Bruyne yekun qərarını yaxın zamanda verəcək.