Novak Cokoviç niyə tennis karyerasını bitirmədiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, serbiyalı tennisçidən 100-cü ATP çempionluğu bu il 25-ci Böyük Dəbilqə çempionluğu ilə üst-üstə düşərsə, karyerasının zirvəsində təqaüdə çıxıb-çıxmayacağı soruşulub. Təcrübəli raket ustası bunu düşünmədiyini bildirib:
“Yox, mən belə düşünmürəm. Hələ də hiss edirəm ki, bir az enerjim qalıb.
Avstraliya Open və Mayami göstərdi ki, mən hələ də yüksək səviyyədə oynaya bilərəm (Melburnda o, yarımfinala, Mayamidə isə finala yüksəlib). Kortda olmaq və yarışmaq mənə hələ də sevinc gətirir".