AFFA tərəfindən yaxşı mənada qeyri-adi layihəyə start verilib.
Offsideplus.az xəbər verir ki, həbsxanada məhkumlara futbol dərsləri keçirilməsinə başlanılıb.
Layihə AFFA və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin birgə əməkdaşlığı çərçivəsində gerçəkləşir.
Bu təqdirəlayiq layihəyə penitensiar müəssisədə cəza çəkən yeniyetmələr cəlb olunub.
Belə ki, B kateqoriyalı məşqçi Elvin Həmidov həftədə iki dəfə həmin yeniyetmələrə futbol dərsləri keçir.
Layihənin əsas məqsədi idmana olan marağın artırılması ilə məhkumların fiziki və psixoloji inkişafını, eyni zamanda onların sosial adaptasiyasını dəstəkləməkdir.