"Bayer" yay "transfer pəncərəsi"ndə qapıçı transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, Leverkuzun hədəfində "Brentford"un çərçivə qoruyucusu Mark Flekken var. Bu barədə "Sky Germany" portalı məlumat verib.

"Brentford" 31 yaşlı qapıçı üçün 12 milyon funt-sterlinq tələb edir.

Flekken 2023-cü ildən Premyer Liqada çıxış edir. O, daha öncə Bundesliqada "Frayburq" forması ilə 80 oyuna çıxıb.