3x3 basketbolu üzrə ABB Qadın Basketbol Liqasında birinci mərhələ keçirilib.
Offsideplus.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan ilk mərhələnin qalibi RİOEUGİM 2 komandası olub.
Adıçəkilən kollektiv finalda "Neftçi"yə qalib gəlib (21:10).
Final matçının ən dəyərli basketbolçusu (MVP) RİOEUGİM 2-nin üzvü Leyla Allahverdiyeva seçilib.
Qeyd edək ki, ABB Qadın Basketbol Liqasında ümumilikdə 11 komanda: RİOEUGİM 2, "Qaradağ", "Abşeron", "Baku Wolves", "Neftçi", BBA, "Baku Flames", "Crazy girls", CTRL, "Gəncə" və "Torpaq" müarizə aparır. Liqa 3 mərhələdən ibarətdir. Turnir cədvəlində ilk 6 pilləni tutan komandalar final mərhələsinə vəsiqə qazanacaqlar.