Serbiyanın Zlatibor şəhərində keçirilən U-15 Gimnaziada İdman Oyunlarında 3x3 basketbolu üzrə ikinci oyun günü arxada qalıb.

Offsideplus.az xəbər verir ki, bu gün qızlardan ibarət yığmamız Hindistanın əsas komandasını 21:1 hesabı ilə üstələyib.

Daha sonra Estoniya ilə qarşılaşan həmyerlilərimiz məğlubiyyətlə üzləşiblər (7:9).

Oğlanlardan ibarət komandamız isə Çiliyə uduzmasına (7:17) baxmayaraq, ardınca 2 qələbə qazanıb. Benin 14:4, Serbiya-2 kollektivi isə 21:10 hesabı ilə məğlub edilib. Bu nəticələrdən sonra yığmamız ikinci yerin sahibi kimi 1/8 finala vəsiqəni təmin edib.