Əvəzedicilərin Liqasında qızıl medallar uğrunda mübarizə aparan "Neftçi-2" ağır zərbə alıb.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" çempionatın XXIX turunda autsayder "Şamaxı-2"nin müqavimətini qıra bilməyiblər.

Rəşad Abdullayevin yetirmələri Şamaxıda 1 xala razılaşıblar - 0:0. Bununla da, "Neftçi-2" arıdıcıl 3-cü səfər matçında qələbə qazanmağı bacarmayıb (2 məğlubiyyət, 1 heç-heçə).

Qeyri-sabit çıxış səbəbindən lider ən yaxın izləyicisi "Sabah-2"ni çox yaxına buraxıb. Hazırda "Neftçi-2" 59 xalla zirvədə qərarlaşıb. İkinci yeri tutan "Sabah"ın  57 xalı var.

Əvəzedicilərin Liqası, XXIX tur

"Şamaxı-2" - "Neftçi-2" 0:0

"Araz-Naxçıvan-2" - "Sumqayıt-2"