"Yuventus" icarə əsasında heyətində olan Pyer Kalulu barədə qərarını verib.

Offsideplus.az xəbər verir ki, "qoca sinyora" fransalı müdafiəçini birdəfəlik transfer edəcək. Bu barədə insayder Fabritsio Romano məlumat verib.

Turin klubu bu keçid üçün "Milan"a 14 milyon avro ödəyəcək.

Kalulu cari mövsüm 34 oyunda meydanda olub və 1 məhsuldar ötürmə edib.