“Neftçi” kapitanları barədə qərar verib.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" Emin Mahmudov və Emil Balayevlə yeni müqavilə bağlayıb. Mahmudovla 1+1 illik, Balayevlə isə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2017/18 mövsümündən "Neftçi"nin şərəfini qoruyan Emin Mahmudov geridə qalan 9 mövsüm ərzində 289 rəsmi oyuna çıxıb, 72 qola imza atıb.
“Neftçi”nin yetirməsi olan Emil Balayev isə 2012/13-2014/15 və 2023/2024-2025/26 mövsümlərində "Neftçi" formasını geyinib və 25 rəsmi oyun keçirib.


