Bu gün 3x3 basketbol üzrə Qadınlar Seriyasının Sumqayıt mərhələsində 1/4 final mərhələsinin oyunları keçiriləcək. 

Offsideplus.az xəbər verir ki, "Neftçi SOCAR" saat 16:00-da Yaponiya ilə qarşılaşacaq. 

Oyunlar Sumqayıt Bulvarında keçirilir və giriş pulsuzdur. 

Yarımfinal oyunları saat 18:10 və 18:40-da, həlledici final matçı isə saat 19:40-da oynanılacaq.

Qeyd edək ki, əsas mərhələdən mübarizəyə başlayan "Neftçi SOCAR" A qrupunda "Yanjing" (Çin) klubu ilə qarşılaşıb və 21:18 hesablı qələbəyə sevinib. Çin millisi ilə digər qrup oyununda isə qızlar 15:13 hesablı qələbə qazanıb.