DÇ-2026-nın F qrupu üzrə keçirilən Tunis - Yaponiya oyununda mübahisəli qol epizodu yaşanıb.
Offsideplus.az xəbər verir ki, Tunisin qapıçısı Aymen Dahmen ilk hissədə bu topu qapı xəttindən çıxarıb. Yaponlar qol olduğunu iddia etsə də, hakim topun xətti keçmədiyini bildirərək, qolu qeydə almayıb. Qol-layn texnologiyası tunisli qolkiperin topu qaydalar çərçivəsində qapıdan çıxardığını göstərir.
Qeyd edək ki, Yaponiya Tunisi 4:0 hesabı ilə məğlub edir.
Həmin görüntüləri təqdim edirik:


