Uruqvay millisinin baş məşqçisi Marselo Bielsa DÇ-2026-nın oyunları zamanı məcburi su fasilələrini tənqid edib.
Təcrübəli mütəxəssis FİFA-nın qərarlarının azarkeşlərin futbola sevgisinə də təsir etdiyini bildirib:
"Futbol süni şəkildə iki hissəyə deyil, dörd hissəyə bölündükdə, oyunu əvvəlcədən qəbul etdiyimiz formalaşmış mədəniyyəti pozulur. Bu qərar gətirmir, əksinə çox şeyi əlimizdən alır. Görünür ki, matç dörd hissəyə bölündükdə heç kim bunun azarkeşlərin emosiyalarına necə təsir edəcəyinə də çalışmayıb. Əksinə, onlar müzakirə etmək və ya təhlil etmək istəmədiyim digər nəticələrdən danışırdılar".
Qeyd edək ki, Uruqvay millisi DÇ-2026-nın qrup mərhələsinin ilk görüşündə Səudiyyə Ərəbistanı ilə 1:1 oynayıb.


