FİFA-nın yaydığı son məlumatlara görə, Dünya Kubokunun oyunlarına azarkeş marağı inanılmaz göstəricilərə çatmaqda davam edir.

Offsideplus.az xəbər verir ki, ​təşkilatın rəsmi statistikası göstərir ki, turnir çərçivəsində keçirilən ilk 36 qarşılaşmada stadionların doluluq səviyyəsi 99.54% təşkil edib. Bu müddət ərzində artıq 2.3 milyondan çox futbolsevər tribunaları doldurub.

​Amerika Birləşmiş Ştatları, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il Dünya Çempionatı meydandan kənarda da nəhəng bir uğura imza atır. Üç ölkənin müxtəlif şəhərlərində yerləşən stadionlar hər matçda azarkeş axınına uğrayır.