Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatında ikinci yarış günü baş tutub.
Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandası turnirdə ümumilikdə 24 idmançı ilə təmsil olunur.
Yarışın ilk iki günündə sərbəst güləş növündə 3 güləşçimiz - İslam Bazarqanov, Əli Rəhimzadə və Kənan Heybətov bürünc medala yiyələnib. İki güləşçimiz Osman Nurmaqomedov və Giorgi Meşvildişvili isə finala vəsiqə qazanıb.
Bu gün mübarizəyə 5 idmançımız qoşulub:
61 kq
1/4 final: Nurəddin Novruzov - Zelimxan Abakarov (Albaniya) 2:11
74 kq
Təsnifat mərhələsi: Ağanəzər Novruzov - Yeqor Akuliç (Belarus) 10:0
1/4 final: Ağanəzər Novruzov - Georgi Elbakidze (Gürcüstan) 5:3
1/2 final: Ağanəzər Novruzov - Çermen Valiyev (Albaniya) - 0:6
Həmyerlimiz sabah bürünc medal uğrunda güləşəcək
86 kq
1/8 final: Arseni Djioyev - Artur Nayfonov (UWW) 1:2
92 kq
1/8 final: Osman Nurməhəmmədov - Denis Saxalyuk (Ukrayna) 11:0
1/4 final: Osman Nurməhəmmədov - Yaroslav Yadkovski (UWW) 10:0
1/2 final: Osman Nurməhəmmədov - Miriani Maysuradze (Gürcüstan) 5:2
Təmsilçimiz finala çıxıb
125 kq
1/4 final: Giorgi Meşvildişvili - Vladislav Baytsayev (Macarıstan) 5:0
1/2 final: Giorgi Meşvildişvili - Denis Xromenkov (Belarus ) -8:5
İdmançımız finala yüksəlib
Bu gün güləşən 4 idmançımızdan 3-ü bürünc medal qazanıb:
57 kq: İslam Bazarqanov 3-cü yer uğrunda görüşdə İvaylo Tisova (Bolqarıstan) 12:2 hesabı ilə qalib gələrək, yığmamıza ilk medalı qazandırıb.
65 kq: Əli Rəhimzadə 3-cü yer uğrunda Andrey Sviridlə (Ukrayna) güləşib və 4:0 hesabı ilə qalib gəlib. Bu, güləş yığmamızın ikinci bürünc medalı olub.
70 kq: Kənan Heybətov bu axşam 3-cü yer uğrunda İsmail Musukayevi (Macarıstan) 5:2 hesabı ilə məğlub edərək, bürünc medala yiyələnib.
79 kq: Orxan Abbasov təsəlliverici görüşdə slovakiyalı Axsarbek Qulayevə 3:4 hesabı ilə uduzaraq, 3-cü yeri tutmaq şansını itirib.