"Mançester Yunayted" klubuna Amad Diallodan sevindirici xəbərə gəlib.

Offsideplus.az xəbər verir ki, daha öncə onun üçün mövsümün başa çatdığı deyilən 22 yaşlı futbolçu növbəti həftədən etibarən komanda ilə məşqlərə başlayacaq. O, zədəsini erkən sağaldıb.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Diallo Bilbao "Atletik" ilə keçiriləcək Avropa Liqasının yarımfinal görüşlərində komandasına kömək edə bilər.

O, cari mövsüm 36 oyunda 9 qol vurub və 8 məhsuldar ötürmə edib.