"Göztepe"ni məğlubiyyətə uğradan "Trabzonspor" Türkiyə Kuboku finalında "Qalatasaray"a rəqib olub.
Offsideplus.az xəbər verir ki, Fatih Tekkenin baş məşqçilik etdiyi Trabzson təmsilçisi rəqibi 2:0 hesabı ilə məğlub edib. Bu, 47 yaşlı mütəxəssisin yeni klubu ilə keçirdiyi 7 oyunda 5-ci qələbəsi olub. Qarşılaşmada vurulan qolların müəllifləri Ozan Tufan və Oleksandr Zubkov olub.
Beləliklə, mayın 14-də keçiriləcək həlledici matç "Qalatasaray" və "Trabzonspor" komandaları arasında olacaq.