İspaniya Kral Kuboku finalında həm "Real Madrid", həm də "Barselona" klubunun heyətində itkilər olacaq.
Offsideplus.az xəbər verir ki, "Kral klubu" zədəli Dani Karvahal, Eder Militao və Eduardo Kamavinqanın xidmətindən yararlana bilməyəcək.
Kataloniya təmsilçisində isə 5 itki var: Robert Levandovski, Alexandro Balde, Mark Kasado, Mark Bernal və Mark Andre Ter Ştegen.
Qeyd edək ki, həlledici matç aprelin 27-si Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Qarşılaşma "Sevilya Olimpiya stadionu"nda keçiriləcək.
"Barselona" yarımfinalda "Atletiko"nu (Madrid), "Real" isə "Real Sosyedad"ı mübarizədən kənarlaşdırıb.



