İntizam komitəsinin növbəti iclası bu gün keçirilib.

Offsideplus.az xəbər verir ki, keçirilən iclasda Azərbaycan Kubokunun yarımfinal görüşləri ilə bağlı qərarlar qəbul edilib. Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat verib.

Həmin qərarları sizə təqdim edirik:

23.04.2025-ci il tarixində Azərbaycan Kubokunda 1/2 finalın “Sabah” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilsin (maddə 51.2);

23.04.2025-ci il tarixində Azərbaycan Kubokunda 1/2 finalın “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Sabah” klubu 800 manat cərimə edilsin (maddə 52.1);

23.04.2025-ci il tarixində Azərbaycan Kubokunda 1/2 finalın “Sabah” – “Neftçi” oyunu bitdikdən sonra “Sabah” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sabah” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);

23.04.2025-ci il tarixində Azərbaycan Kubokunda 1/2 finalın “Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Neftçi” klubu 800 manat cərimə edilsin (maddə 52.1);