"Bavariya"nın idman direktoru Maks Eberl futbolçuları Saşa Boe haqda danışıb.
Offsideplus.az xəbər verir ki, 51 yaşlı funksioner "Qalatasaray" və ya başqa bir Türkiyə klubundan təklif almadıqlarını açıqlayıb:
“Sacha Boey üçün Türkiyədən və ya “Qalatasaray”dan zəng olmayıb.
Yayda baş verənləri sakit şəkildə müzakirə edəcəyik”.
Qeyd edək ki, Saşa Boe 2024-cü ilin yanvarından 30 milyon avroya "sarı-qırmızılar"dan Münhen klubuna transfer olub. Fransalı sağ cinah müdafiəçisi cari mövsümdə 14 oyunda meydanda olub və 2 məhsuldar ötürmə edib.



