"Mançester Yunayted" klubu hücumçusu Rasmus Hoylund sabiq klubu "Atalanta"ya göndərməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" danimarkalı futbolçunun qarşılığında Berqamo klubundan Ademola Lukmanı transfer etmək istəyir.

Bu barədə "The Sun Football" məlumat yayıb.

"Mankunianlar" Hoylund 2023-cü ildə "Atalanta"dan 77 milyon avro transfer edib. O, cari mövsümdə 45 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Lukmanın bu yay "göy-qaralar"dan ayrılacağı gözlənilir. O, Premyer Liqaya yenidən qayıtmağa istəklidir. "Liverpul" və "Arsenal" da onunla maraqlanır.