"Neftçi" İK klubunun məşqçisi Əli Hüseynovu 5 oyunluq cəzalandırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında qərar qəbul edilib.
Buna XV turda baş tutan "Neftçi" İK – "Baku Fire" matçının (5:4) fasiləsində məşqçinin təhqiredici ifadələrə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılması səbəb olub.
"Baku Fire" komandasının qapıçısı Kamran Hacıyev isə 2-ci sarıdan sonra qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb.



