"Qalatasaray" bu həftəsonu Türkiyə Super Liqasında növbəti oyununu keçirəcək.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" səfərdə "Eyüpspor"la qarşılaşacaq. Bu matç Okan Burukun Super Liqada baş məşqçi kimi 300-cü oyunu olacaq.

O. Buruk öncəki 299 görüşün 159-dan qələbə ilə ayrılmağı bacarıb. O, çalışdırıcı kimi 3 çempionluq qazanıb.

Cari mövsümdə türkiyəli mütəxəssis 4-cü çempionluğuna qazanmağa yaxındır.

"Qalatasaray" hazırda ən yaxın rəqibi "Fənərbağça"nın 5 xal önündə 77 xalla liderdir.