İspaniya La Liqasında finişə 5 həftə qalmış liqanı tərk edən ilk klub müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, "Betis"lə səfər görüşündə 1:5 hesabı ilə məğlub olan "Valyadolid" La Liqanı tərk edib. Onlar növbəti mövsüm Sequndada mübarizə aparacaq.
"Valyadolid" bu mövsüm 33 turdan sonra cəmi 16 xal yığa bilib.
Əlavə edək ki, İspaniya klubunun sahibi braziliyalı əfsanə futbolçu "fenomen" Ronaldodur.