UFC-nin canlı əfsanəsi, keçmiş çempion Həbib Nurməhəmmədov Bakıya gəlir.
Offsideplus.az xəbər ki, dağıstanlı idmançı iyunun 21-də Baku Crystal Hall-da keçiriləcək UFC Fight Night yarışı ilə əlaqədar paytaxtımıza təşrif buyuracaq.
O, Bakı oktaqonuna çıxacaq həmyerlisi Taqir Ulanbekovu dəstəkləyəcək.
H.Nurməhəmmədov bununla bağlı sosial media səhifəsində yazıb: "Biz Taqir Ulanbekovla birgə qonaqpərvər Azərbaycana uçacağıq. Yalnız qələbə!"
Qeyd edək ki, T.Ulanbekovun rəqibi yaponiyalı Kyoji Horiquçi olacaq.