UFC-nin prezidenti Dana Uayt və erməni döyüşçü Arman Tsarukyanın ulduzu barışmır.
Offsideplus.az xəbər verir ki, D. Uayt BMF kəməri uğrundakı döyüşdən sonra onun barədə bunları söyləyib:
"Bunun çoxlu səbəbləri var, təkcə təkcə hamıya məlum olan (ictimailəşmiş) məsələlər deyil. Harada tüstü varsa, orada od da var və Arman son vaxtlar çox "tüstüləyir".
Qeyd edək ki, Arman 2025-ci ilin yanvarında yüngül çəkidə kəmər uğrunda İslam Maxaçevlə döyüşməli idi. Lakin, o döyüşdən bir gün əvvəl zədəsi olduğunu bildirərək qarşılaşmadan imtina edib və onun əvəzinə görüşə Renato Moykano çıxmalı olub.
O, gündən sonra Dana Uayt erməni döyüşçünün üstündən "xətt çəkib".


