Çoxdan gözlənilən UFC "Ağ Ev" kartı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, tədbirin adı UFC "Freedom 250" adlanacaq və iyunun 14-də baş tutacaq.
Gecədə iki kəmər döyüşü olacaq.
İslam Topuriya yüngül çəkidə kəmərin müvəqqəti sahibi Castin Qeyci ilə üz-üzə gələcək.
Ağır çəkiyə yüksələn Alex Pereyra isə Siril Qanla qarşılaşacaq.
Gecənin digər döyüşləri belədir:
Şon O’Melli – Ayman Zahabi;
Maurisio Ruffi – Maykl Çendler;
Bo Nikal – Kayl Dokas;
Dieqo Lopes – Stiv Qarsiya.


