FİBA-nın baş katibi Andreas Zaqklis Azərbaycanda səfərdədir.
Offsideplus.az xəbər verir ki, o, Azərbaycan Basketbol Federasiyasının əməkdaşları ilə görüşüb. Bu barədə qurumun mətbuat xidmətini məlumat verib.
FİBA rəsmisi Azərbaycan basketbolunun inkişafını yüksək qiymətləndirib və ABF əməkdaşlarının basketbolun ölkədə daha geniş yayılması və peşəkar səviyyədə inkişafı istiqamətində səylərini və görülən tədbirləri müsbət dəyərləndirib.
Görüşdən fotoları sizə təqdim edirik:









