Premyer Liqadan aşağıya yuvarlanması rəsmiləşən "Sauthempton" klubu baş məşqçisi İvan Yuriçlə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, "müqəddəslər" xorvatiyalı mütəxəssisin yerinə Frenk Lempardı gətirməyi planlaşdırır. Bu barədə "Daily Express" məlumat yayıb.

Lempard hazırda Çempionşip klubu "Koventri"ni çalışdırır. Onun komandası hazırda 59 xalla 7-ci yerdədir və Premyer Liqaya vəsiqə qazanmaq üçün mübarizə aparır.

Onun "Koventri" ilə 2027-ci ilin yayına qədər müqaviləsi var.