"Məhələni keçsəydik, Sumaya yaxşı təkliflər olacaqdı"

Offsideplus.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "DAC 1904"lə oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis futbolçudan bu hərəkəti gözləmədiyini bildirdi:

Suma o hərəkəti ilə karyerasına kölgə saldı. Mərhələni keçsəydik, ona yaxşı təkliflər ola bilərdi. Məni məyus edən odur ki, gözləmədiyin oyunçunun bu hərəkəti etməsidir. Sakit, dilsiz-ağıssız biridir. Məncə, bu hərəkət ona yaxşı dərs oldu".

Mütəxəssis ona hansı cəzanın veriləcəyindən də danışdı:

"Oyunçulara qırmızı vərəqəyə görə cəza verməyin tərəfdarı deyiləm. O, bu hərəkəti ilə özünə və bizə hörmətsizlik etdi. Təbii ki, cəza olacaq. UEFA-nın qərarını gözləyirik. Əgər pul cəzası olacaqsa, bizim də əlavələrimiz olacaq".