Yeni mövsümdən I Liqada çıxış edəcək "Baku Sportinq" heyətini daha bir legionerlə gücləndirib.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Luka Stevanoviçlə 1 illik müqavilə imzalanıb.

26 yaşlı yarımmüdafiəçi sonuncu dəfə Serbiya təmsilçisi “Hayduk 1912”də oynayıb.