“Qəbələ” İdman Klubu və “Kəhriz Su” arasında tərəfdaşlıq müqaviləsi uzadılıb.

Offsideplus.az xəbər verir ki, şirkət qarşıdakı mövsümdə də “qırmızı-qaralar”ın su tərəfdaşı olacaq.

Tərəflər arasında yeni razılaşma 2024/25 mövsümünü əhatə edir. 

“Qəbələ”nin əsas komandasının oyun formalarının arxa hissəsində şirkətin loqosu əks olunacaq. Qəbələ şəhər stadionunda “Kəhriz Su” reklam bannerləri yer alacaq.