Futbol üzrə I Liqada XIX turun oyunlarına yekun vurulub.
Offsideplus.az xəbər verir ki, çempionatın lideri "Qəbələ" sayca 15-ci qələbəsini qazanıb.
Kaxaber Sxadadzenin komandası son 4 turda qalib gələn "Mingəçevir"in seriyasını qırıb.
Premyer Liqaya yüksəlməyə yaxın olan daha bir klub - "İmişli" isə debütant "Cəbrayıl"ı məğlub edərək, ikinci yerdə qərarlaşan "Karvan"la xal fərqini 1-ə endirib.
I Liqa, XIX tur
"Qəbələ" - "Mingəçevir" 2:0
Domi Massumo, 32; Murad Musayev, 42
"İmişli" - "Cəbrayıl" 2:0
Pablo Alveş, 38; Seyxan Fərəcov, 68 (pen.)