I Liqada mövsüm başa çatdı.
Offsideplus.az xəbər verir ki, “Şamaxı” çempion olaraq Premyer Liqaya vəsiqə qazandı. Digər klublar isə qarşıdakı “futbol ili”ndə yenidən şansını sınayacaq.
Deyəsən, gələn mövsüm “Karvan” yenə hədəfinə çata bilməyəcək. Çünki Yevlax təmsilçisi FİFA tərəfindən cəzalandırıla bilər. Buna səbəb “ağ-qaralar”ın mövsümün əvvəlində müqavilə bağladıqları futbolçular - Tornike Kvaratsxeliya və Milad Bayrampurdur. Azərbaycan klubu gürcü qolkiper və iranlı müdafiəçinin maaşını ödəməyib. Həmin futbolçular da FİFA-ya şikayət edib. Klub oyunçuların pulunu ödəməsə, 1 mövsümlük transfer etmək hüququndan məhrum olacaq.
Qeyd edək ki, “Karvan” hər iki futbolçuya 5 min dollar borcludur.
Məsələ ilə bağlı klubun mövqeyini işıqlandırmağa hazırıq.


